Belçika və İslandiyadan Ermənistana silahlar gətirilir

12 Oktyabr, 2020 09:59 | Siyasət | Baxış sayı: 206
Təyyarə
Təyyarə

Oktyabrın 11-də İslandiyanın Keblavik şəhərindən Mülki Aviasiya təyyarəsi ilə Ermənistan ordusu üçün müxtəlif silahlardan ibarət daha bir hərbi yük gətirilib.

İstiPress-in məlumatına görə, bundan əvvəl də İslandiyanın paytaxtı Reykyavikdən Ermənistana döyüş sursatı ilə dolu nəqliyyat təyyarəsinin yola düşməsi barədə məlumat verilımişdi.

Gecə yarısı isə Belçikanın Lyej şəhərindən başqa bir təyyarə də havaya qalxıb. Hava gəmisi Yerevan vaxtı ilə saat 04:39-da Zvartnots hava limanına enəcək.