BBC-nin müxbiri Gəncənin raket atəşinə tutulmasından yazdı

12 Oktyabr, 2020 10:18 | Siyasət | Baxış sayı: 48

“Bu ərazidə heç bir hərbi hədəfə rast gəlmədik. Burada sadəcə, yaşayış binaları və mağazalar var”.

İstiPress-in məlumatına görə, bunu BBC-nin Gəncəyə səfər edən müxbiri Orla Gerin hadisə yerindən hazırladığı reportajda yazıb.

Reportajda erməni raketinin çoxmənzilli evə düşməsindən, nəticədə ən azı 9 nəfərin həlak olmasından, 34 nəfərin yaralanmasından, binanın özünün isə dağılmasından bəhs olunur.

"Yerli vaxtla gecə saat 2-də bina atəşə tutulanda insanlar yatırdılar. Biz səpələnmiş mebel, ədyallar görürük. Partlayıcı maddələr üzrə yerli ekspert hesab edir ki, burada uzaq mənzilli raketdən istifadə olunub və o, Dağlıq Qarabağdan deyil, Ermənistandan buraxılıb", - deyə reportajda bildirilir.

BBC-nin müxbiri Gəncədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə də görüşüb.

"Hikmət Hacıyev BBC-yə bildirib ki, Bakı atəşkəsə əməl etməyə çalışır, lakin Ermənistan Azərbaycanın dinc sakinlərinə hücum etməkdə davam etsə, o, lazımi tədbirlər görməlidir", - deyə Orl Gerin "Tvitter" də yazıb.