Rus ekspertdən Paşinyanı məyus edən açıqlama

12 Oktyabr, 2019 14:36 | Siyasət | Baxış sayı: 100
Nİkol Paşinyan
Nİkol Paşinyan

"Strategiyası faşizmə yaxın mövqedə qalır"

“Aşqabadda Paşinyanın ritorikası göstərib ki, ölkədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq onun strategiyası faşizmə yaxın mövqedə qalmağa davam edir”. Bunu Aşqabadda Azərbayacan preidenti İlham Əliyevin və erməni baş nazir Nikol Paşainyanın polemikasını şərh edən rus rus ekspert Oleq Kuznetsov deyib. Onun sözlərinə görə,bu hal çox məyusedici və yolverilməzdir. 

Xatırladaq ki, azərbayacan prezidenti çıxışında ermənistanda faşistlərin qəhrəman kimi qələmə verilməsi halları mövcuddur. İ.Əliyev əvvəlki hakimiyyətin İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoduğunu qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin çıxışında səslənən əsaslı arqumentlərə cavab verməyə uğursuz cəhd edib.O, hətta Azərbaycan Prezidentinin sözlərini erməni xalqına hörmətsizlik kimi də dəyərləndirib. 

Növbəti dəfə söz alan İ.Əliyev isə şərh verməyə məcbur olduğunu deyib. "Hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir".