Prezidentin mətbuat katibi Əliyev Paşinyan təmasından danışdı

12 Oktyabr, 2019 16:04 | Siyasət | Baxış sayı: 118
 Azər Qasımov
Azər Qasımov

"Protokola uyğun olaraq əlifba sırası ilə Azərbaycan prezidenti və Ermənistanın baş naziri yanaşı əyləşib"

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov "day.az"a Aşqabadda sammit çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib.

"Ermənistan baş nazirinin mətbuat katibi informasiya şəbəkələrində Aşqabadda sammit çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiya yayıb. Bununla əlaqədar nə deyə bilərsiniz?" sualına cavabaında o bildirib ki, sammitdə iştirak edən dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi nahar zamanı protokol qaydalarına uyğun olaraq əlifba sırası ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan yanaşı əyləşiblər.

"Təbii ki, orada təmas olub. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub".