Prezident icra başçısına orden verdi

12 Oktyabr, 2019 16:01 | Siyasət | Baxış sayı: 124
Sərəncam imzalandı
Sərəncam imzalandı

Qoca Səmədov haqqında sərəncam imzalanıb

Prezident İlham Əliyev Qoca Səmədovu təltif edib. Bu barədə dövlət başçısı bu gün sərəncam imzalayıb. Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Qoca Çərkəz oğlu Səmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Q.Səmədov Yevlax rayon İcra Hakimiyyətinin başçısıdır.