“Washington Times” Paşinyanı "yıxıb-sürüdü"

12 Oktyabr, 2018 09:05 | Siyasət | Baxış sayı: 176
Ermənistanda etiraz aksiyası
Ermənistanda etiraz aksiyası

Dövlət Departamentinin rəsmisi Ermənistandakı anarxiyadan yazıb

Dünyanın ən məşhur qəzetlərindən olan “Washington Times” “Ermənistanda anarxiya” adlı məqalə dərc edib. Məqalənin müəllifi ABŞ-ın Bəhreyndəki keçmiş səfiri, Dövlət Departlamentinin əməkdaşı Adam Erelidir. İstiPress bu məqalənin bəzi hissələrini təqdim edir:

Ermənistanın baş naziri Nikol Paşinayan minlərlə tərəfdaşını paytaxtın mərkəzi meydanına toplamaqla bu ilin may ayının 8-də hakimiyyətə gəldi. Parlament əvvəlcə onun namizdəliyini təsdiqləməyib. Amma sonradan kütlənin təzyiqi ilə buna məcbur oldu.

Hakimiyyəti ələ aldığı gündən özünü xalqın namizədi adlandıran Paşinyan sistematik olaraq Ermənistandakı rəhbərlik institutlarını dağıtmağa başladı. Özünün hakimiyyətinin yüz günlüyündə çıxış edəndə o, sevinə-sevinə yüzminlərlə tərəfdaşına bildirmişdi ki, Ermənistanda koalisiya hakimiyyəti, parlament çoxluğu yoxdur. Son hakimiyyət bir başa rəhbərliyi həyata keçirən xalqa məxsusdur. Bu o deməkdir ki, hakimiyyət bu meydana tabe olacaq və bütün əsas qərarlar məhz bu meydanda verilməlidir. Onu tənqid edənlərə isə “xalqı hirsləndirməyin, yoxsa pis olacaq” deyə hədə-qorxu da gəlib.

Ermənistan küçələri Paşinyanın əlində alətə çevrilib. Qısa zamanda baş nazir bütün məhkəmə sistemini çökdürüb. Təəssüf ki, Paşinyan quldur taksitasına üstünlük veriri, təhlükəsizlik xidməti, məhkəmələrdən siyasi qisas üçün istifadə edir.

Bir çox dövlətlərdə şəffaflıq, qanununin aliliyi hücumlara məruz qala bilər. Amma Paşinyanın etdiyi ağlasığmazdır. Dezinteqrasiya Avropa və qafqaz üçün ağır nəticələrə gətirib çıxara bilər. Hakimiyyəti küçənin əlinə vermək, eyni zamanda dövlət institutlarını məhv etmək Ermənistanda ümumi anarxiyanın əsas reseptidir.