Türkiyədən gözlənilməz addım - Trampın tələb etdiyi adam buraxıldı

12 Oktyabr, 2018 17:54 | Siyasət | Baxış sayı: 153
Rahib Brunson (ortada)
Rahib Brunson (ortada)

Onun ölkədən çıxma qadağası ləğv edilib, o, məhkəmə zalından azadlığa buraxılıb

Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan rahib Andryu Brunson ilə bağlı qərar verilib.

İstiPress"Hürriyet"ə istinadən xəbər verir ki, FETÖ və PKK terror təşkilatları adından cinayət işlədiyi və cəsusluq etdiyi iddiası ilə mühakimə olunan amerikalı din xadimi haqqında 3 il 1 ay 15 gün həbs qərarı verilib.

Rahib Brunson çıxışında deyib: "Mən günahsız adamam. İsanı sevirəm. Türkiyəni sevirəm". 

Məhkəmədə onun indiyə kimi həbsdə yatdığı müddət nəzərə alınıb, həmçinin Brunsonun ev həbsi və ölkədən çıxma qadağası ləğv edildiyindən o, məhkəmə zalından azadlığa buraxılıb.