Trampın köməkçisi Bakıya gəlir

12 Oktyabr, 2018 12:22 | Siyasət | Baxış sayı: 44
Con Bolton
Con Bolton

Con Boltonun səfərinin vaxtı bilindi

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri, xarici siyasətdə sərt xətt tərəfdarı olan Con Bolton Rusiyaya və Cənubi Qafqaz respublikalarına səfərinin tarxini açıqlayıb. 

“Oktyabrın 20-də mən öz həmkarlarım və digər yüksək vəzifəli şəxslərlə təhlükəsizlik sferasında Amerika maraqlarının irəli aparılması məqsədi ilə görüşlər keçirmək üçün Rusiyaya, Azərbaycana, Ermənistana və Gürcüstana səfər edəcəyəm”- Con Bolton özünün Twitter-bloqunda yazıb.

Analitiklər hesab edir ki, Con Boltonun səfərinin əsas məqsədi İrana qarşı tətbiq edilmiş sanksiyaların həyata keçirilməsinə dair region ölkələri ilə danışıqlar aparmaqdır.