Qubada yeni yol, məktəb və bina olacaq

12 Oktyabr, 2018 08:41 | Siyasət | Baxış sayı: 43
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva

Rayona səfər edən prezident minlərlə insanı sevindirən qərarlar qəbul edib

Ötən gün Qubada səfərdə olan prezident İlham Əliyev bir sıra sərəncamlar verib. İstiPress-in məlumatına görə, rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam verilib. Yolun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü”nün 21-ci bəndində göstərilmiş məbləğin ilkin olaraq 7,5 milyon (yeddi milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə isə agentliyə 3,0 (üç) milyon manat ayrılıb. Bundan başqa 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutulması tapşırılıb.

Qubada məktəb də tikiləcək. Prezidentin sərancamı ilə Alekseyevka kəndində 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikintisi üçün  ilkin olaraq 2,0 (iki) milyon manat Təhsil Nazirliyinə ayrılacaq.

Rayonda istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinləri də sevinib. Prezident mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılması haqqında sərəncam verib.