Zakir Həsənov MDB generalları ilə görüşəcək

12 Oktyabr, 2017 10:55 | Siyasət | Baxış sayı: 35
Zakir Həsənov - Azərbaycan müdafiə naziri
Zakir Həsənov - Azərbaycan müdafiə naziri

Belarusdan sonra Düşənbə

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Tacikistan paytaxtı Düşənbə şəhərinə yola düşüb. 

İstiPress-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərinə yola düşüb.

Daha öncə general-polkovnik Zakir Həsənov Belarus paytaxtı Minskdə səfərdə olmuşdu.