Türkiyə beynəlxalq koalisiyanı tərk edir?

12 Oktyabr, 2017 15:07 | Siyasət | Baxış sayı: 133
Türkiyə Suriyadan çıxır
Türkiyə Suriyadan çıxır

"Hərbi əməkdaşlıqlarımız əvvəlki kimi davam edir"

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Ceym Mettis Türkiyə ilə Amerika arasında yaranmış viza qalmaqalının hərbi müstəvidəki əməkdaşlıqlara heç bir təsir göstərmədiyini deyib.

İstiPress türk mətbuatına istinadən xəbər verir ki, Florida ştatına yola düşərkən jurnalistlərin suallarını cavablandıran Mettis Türkiyə ilə mövcud münasibətlər haqda danışıb.

O bildirib ki, bu ölkə NATO üzvü olmaqla yanaşı həm sərhədləri daxilində, həm də xaricində toqquşmaların yaşandığı yeganə Alyans üzvüdür.

İki ölkə arasındadkı gərginliyin hərbi müstəvidəki əməkdaşlıqlara əks olunmadığını və işbirliyinin əvvəlki təki davam etdirildiyini sözlərinə əlavə edən Amerikanın müdafiə naziri Türkiyənin onlar üçün vacib tərəfdaş olduğunu qeyd edib.

Bu arada, Türkiyə İraqla sərhəddə yerləşən Şırnak rayonuna tanklardan ibarət ordu birləşməsi göndərib.

Məlumata görə, tanklar İraq və Türkiyənin birgə təlim keçirdiyi rayonda, “Habur” sərhəd-keçid məntəqəsinə yaxın ərazidə yerləşdiriləcək.