Serj Sarkisyanın qorxulu yuxusu

12 Oktyabr, 2017 09:15 | Siyasət | Baxış sayı: 496
Serj Sarkisyan Qarabağda
Serj Sarkisyan Qarabağda

Ermənistan prezidentinin başı fırlanır

Sarkisyan MDB sammitində niyə yatıb?

Ermənistan prezidentinin o qədər problemi var ki, başı fırlanır. Bu, həm ölkəni təhdid edən defolt, pul çatışmazlığı, iqtisadiyyatdakı iflas və əlbəttə ki, Dağlıq Qarabağla bağlıdır.

Sifətindən görünür ki, bədbəxt Serjik, demək olar ki, yatmır. O düşünür ki, daha kimi aldatsın, kimdən nəyi oğurlasın, kimdən nəyi dilənsin. Buna görə də Sarkisyanın MDB başçılarının Soçidə keçirilən iclasında yatmasında təəccüblü heç nə yoxdur.

Ermənistan nümayəndə heyətindən heç kimin ağlına gəlməyib ki, onun başının altına yastıq qoysun və o da rahat yatsın. Aydın görünür ki, Tacikistan prezidenti İmaməli Rahmonovun çıxışı zaman erməni prezident yatmışdı.

Serjiki, əlbəttə, qaldırdılar, hər halda, belə təntənəli forumda yatmaq yaxşı deyil. Şahidlər deyir ki, Sarkisyan oyananda ruhca çökübmüş. Yəqin yuxuda nə özü, nə də Ermənistan üçün xoş heç nə görməyib.

Mais Məmmədov, əməkdar jurnalist

Sarkisyanın MDB başçılarının Soçidə keçirilən iclasında yatması