Sarkisyan əsgər anaları qarşısında cavab verəcək

12 Oktyabr, 2017 12:51 | Siyasət | Baxış sayı: 80
Ermənistanda əsgər analarının etirazı
Ermənistanda əsgər analarının etirazı

Ordudakı itkilərə görə əsgər anaları ondan izahat tələb edəcək

Qarabağda yenə də erməni hərbçisi həlak olub. İrəvan siyasi dairələri bu faktdan öz məqsədləri üçün istifadə etmək istəyir.

Müharibə gedir. Ermənistanda, o cümlədən dünyada hərdən bunu utanaraq Ermənistan-Azərbaycan münaqişə də adlandırırlar. Biz cəhd edirik ki, işğaldan torpaqlarımızı azad edək. Sarkisyanın ətrafı isə çalışır ki, istənilən yolla işğal olunmuş əraziləri əlində saxlasın. Erməni nəşrləri yenə də Minsk qrupunun bəyanatlarını heçə sayır, dünya ictimaiyyətini inandırmağa çalışır ki, biz azıq, bizi qırırlar. Yenidən təkrar edirlər: biz azıq, bizi qırırlar. Əgər qırılmaq istəmirsinizsə, Qarabağ və digər işğal olunmuş torpaqlardan ordunu çəkin Yalnız o zaman təhlükəsiz şəraitdə olarsınız. Azərbaycanlılar erməni kəndlərini heç vaxt atəşə tutmayıb. Həmin bu ermənilərdir ki, öz silahları ilə 90-cı illərdə Qazax və Ağstafanı da atəşə tuturdular. Sovet ordusu o vaxt ermənilərin bütün silahlarını məhv etmişdi.

İrəvanın bir çox siyasətçiləri etiraf edirlər ki, onlar bu müharibədən çox yorulublar. Hansı ki, xalqın çiyninə ağır yük kimi düşüb. Onlar açıq şəkildə demirlər ki, biz müharibədən qorxuruq. Çünki onları dərhal vətən xaini elan edərlər.

Hazırda erməni mətbuatı Azərbaycan və Ermənistan prezidentlərinin yaxın vaxtlarda yazır. Bu görüşdə də Sarkisyan yata bilməyəcək. Soçidə MDB dövlət başçılarının görüşündəki kimi. Lakin inanmaq da olmur ki, o, bu görüşü istəyir, ya yox.

Kataloniyada və İraq Kürdüstanında baş verənlər göstərdi ki, dünya separatizmin əleyhinədir və inqilabları da sevmir. Bunu Sarkisyan çox yaxşı başa düşür. Buna baxmayaraq, Qarabağın hansısa özünütəyinetməsindən danışmaqda davam edir.

İrəvanda hansısa oyunlar oynanılır. Miflər meydana çıxır, Azərbaycana hansısa torpaqların verilməsi, həlak olmuş əsgərlər barədə mətbuatda yazılanlar.

Mən ümid edirəm ki, o gün gələcək, Sarkisyan nəinki Azərbaycanda etdikləri, hətta erməni analarının qarşısında cavab verməli olacaq. O anaların ki, öz oğullarını yad torpaqda itirib. Bu olacaq və mən buna şübhə etmirəm.

Mais Məmmədov/əməkdar jurnalist