Rusiya Ermənistana yeni silahlar alır

12 Oktyabr, 2017 10:10 | Siyasət | Baxış sayı: 255
Rusiya tankları Ermənistanda
Rusiya tankları Ermənistanda

100 milyon dollarlıq kömək

Rusiya Ermənistana müasir silahlar və hərbi avadanlıq almaq üçün yenidən pul verəcək. Söhbət 100 milyon dollarlıq ixrac kreditindən gedir. İstiPress-in "armenpress"ə istinadla verdiyi məlumata görə, iki ölkə arasında bu barədə saziş bu gün bağlanmalıdır. 

Razılaşmaya görə, 100 milyon dollarlıq dövlət ixrac krediti 20 il müddətinə təqdim ediləcək. Bunun 5 ili güzşətli şərtlərlə olacaq və illik faiz dərəcəsi 3 faiz təşkil edəcək. 

Xatırladaq ki, bu Rusiyanın silah alqı-satqısı üçün Ermənistana ilk yardımı deyil. Belə ki, 2015-ci ilin iyun ayında Rusiya ilə Ermənstan arasında 200 milyon dollarlıq oxşar kredit razılaşması əldə edilmişdi.