Prezidentlərin Tehran görüşünün vaxtı məlum oldu

12 Oktyabr, 2017 16:40 | Siyasət | Baxış sayı: 68
Rusiya, Azərbaycan və İran prezidentləri
Rusiya, Azərbaycan və İran prezidentləri

Görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi bildirib ki, görüş bu il noyabrın 1-də Tehranda baş tutacaq.

Görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.

Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur. //APA