Ərdoğanın Bakı səfərinin vaxtı bilindi

12 Oktyabr, 2017 11:58 | Siyasət | Baxış sayı: 85
Rəcəb Tayyib Ərdoğan. Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan. Türkiyə prezidenti

Türkiyə prezidenti yüksək səviyyəli görüşə qatılacaq

"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 30-da Bakıya gələcək". İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə,  bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında yüksək səviyyəli görüş keçiriləcək.

Hazırda ABŞ və Türkiyə arasında yaşanan viza gərginliyi ilə bağlı məsələyə münasibət bildirən səfir bu problemin tez bir zamanda həllinə ümidvar olduğunu dilə gətirib.

Xatırladaq ki, daha əvvəl Türkiyə prezidentinin Azərbaycana sentyabrın 10-11-də səfər edəcəyi planlaşdırılırdı. Onun Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına qatılması nəzərdə tutulurdu. Lakin sonradan bu səfərin təxirə salındığı açıqlanıb.