"Azərbaycan silah istəsə, mütləq hardansa tapıb alacaq” - ODKB rəsmisi

12 Oktyabr, 2017 14:57 | Siyasət | Baxış sayı: 250
Rusiya silahı
Rusiya silahı

"Rusiya silahlarının Azərbaycana satılmasının öz müsbət tərəfləri də var"

"Azərbaycan silah istəsə, mütləq hardansa tapıb alacaq”.

İstiPress Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ODKB) Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib.

"Düşünürəm ki, hansı dövlətlər ki, əməkdaşlıq edir, vəziyyəti qiymətləndirən təsisatlar və rəhbərlər mövcuddur. Anlayıram ki, əsas məsələ balansı saxlamaq və ya münaqişənin yekun həllinə nail olmaqdır"- Sidorov belə deyib.

Sidorov bildirib ki, paqon daşımağına baxmayaraq, münaqişələrin həllinin yalnız sülh yolu ilə mümkün olduğuna əmindir. 

"Belə bir deyim var: müqəddəs yer heç vaxt boş qalmır. Azərbaycan silah istəsə, mütləq hardansa tapıb alacaq. Rusiya silahlarının Azərbaycana satılmasının da öz müsbət tərəfləri var".