Avropa Rusiyaya qarşı sanksiyaları ləğv edir

12 Oktyabr, 2017 14:39 | Siyasət | Baxış sayı: 95
AB
AB

Təkliflər Avropa Şurasının iclasında müzakirə olunub

Avropa Şurası Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı təkliflər hazırlayıb.

Həmçinin, Rusiya nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına qayıdışı da nəzərdə tutulub.

Məlumatlara görə, buna səbəb Rusiyanın Avropa Şurasına üzvlük haqqı ödəməkdən imtina etməsidir.

Müəyyən çətinliklərlə qarşılaşan Şura sanksiyaları ləğv etməklə bu vəziyyətdən çıxacağını düşünür.