Azərbaycan ordusu hərbi təlimlər keçirir - FOTO, VİDEO

12 Oktyabr, 2017 18:09 | Siyasət | Baxış sayı: 254
Hərbi təlimlər
Hərbi təlimlər

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirib

Silahlı Qüvvələrin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq, raket və artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib.

İstiPress-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilib.

Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən və atəşin korrektə edilməsi üçün pilotsuz uçuş aparatlarından istifadə edilib.