"Xətai" stansiyası açıldı FOTO, YENİLƏNİB

12 Sentyabr, 2019 12:22 | Siyasət | Baxış sayı: 237
Prezident metroda
Prezident metroda

Prezident metrostansiyadakı işlərlə tanış olub

Bakı Metropoliteninin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra  istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada görülən işlərlə tanış olub.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. “Xətai” stansiyası 1968-ci ildə istismara verilib. Stansiyanın 50 ildən artıq istismar müddətində köhnələn, müasir dövrün tələblərinə cavab verməyən bütün infrastrukturunun yenilənməsi məqsədilə təmir mərhələlərlə aparılıb. 2014-cü ildə birinci mərhələdə stansiyanın platformasının orta zalı, stansiya yolu və "Xətai-Cəfər Cabbarlı" mənzilinin müvafiq tunelində əsaslı təmir və yenidənqurma tədbirlərinə başlanılıb. Bu dəfə aparılan yenidənqurmadan sonra "Xətai" stansiyası əsaslı yenilikləri ilə sərnişinlərin xidmətində olacaq. Stansiyanın infrastrukturu və görkəmi tamamilə yenilənib. Burada funksionallığı ilə seçilən 4 yeni müasir eskalator quraşdırılıb. Bakı Metropoliteninin ən dərin stansiyasında sərnişinlərin enib-qalxma təhlükəsizliyinin, təxliyə imkanlarının və rahatlığının artırılması, xidmət səviyyəsinin daha da yüksəldilməsinə nail olunub.

Eskalator
Eskalator
"Xətai" stansiyası
"Xətai" stansiyası
Metro
Metro