Türkiyə "S-400"ləri işə salır

12 Sentyabr, 2019 15:20 | Siyasət | Baxış sayı: 178
Mövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu

"Sandıqda saxlamaq üçün almamışıq"

Türkiyə ABŞ və NATO-nun bütün etirazlarına baxmayaraq Rusiyadan aldığı "S-400" kompleksini işə salmağa hazırlaşır. Bu barədə açıqlamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu verib.

O, jurnalistin "S-400-lər sandıqdan çıxacaq?" sualına cavabında bu barədə danışıb.

"Əlbətdə çıxacaq, istifadə edəcəyik. Bildiyiniz kimi sistemlər 2020-ci ildən istifadəyə başlanılacaq. Onları sandıqda saxlamaq üçün yox, hava müdafiə sistemlərimizi gücləndirmək üçün almışıq. Aldığımız kimi istifadə də edəcəyik. Heç tərəddüdünüz olmasın".