Putin ermənilərin arzusunu gözlərində qoyur?

12 Sentyabr, 2019 11:03 | Siyasət | Baxış sayı: 115
Vladimir Putin
Vladimir Putin

Moskva İrəvanda həsrətlə gözlənilən toplantının yerini dəyişə bilər

Oktyabr ayının 1-də İrəvanda Avrasiya İqtisadi Şurasının iclasının keçirilməsi planlaşdırılıb. Toplantıda quruma daxil olan dövlətlərin rəhbərləri iştirak etməlidir. Ermənilər ümid edirlər ki, qonaq qismində İran prezidenti Həsən Ruhani də İrəvana gələcək. Lakin iclasın Ermənistan paytaxında keçirilməsi hələ sual altındadır. 

“Pass” qəzetinin məlumatına görə, Rusiya prezidentinin təhlükəsizlik xidməti Ermənistan tərəfindən Vladimir Putinin keçmiş prezident Robert Koçaryanın saxlandığı istintaq təcridxanasına ehtimal edilən baxışı zamanı tam təhlükəsizlik təminatını tələb edib. Erməni mətbuatı yazır ki, erməni xüsusi xidmət orqanları tərəfindən bu tələbə rədd cavabı verilib.

Demək olar ki, Moskva və İrəvan arasında münasibətlər əhəmiyyətli dərəcədə pisləşib. Qısa müddət öncə baş nazirin müavinin jurnalistlərlə görüşündə ona sual verilmişdi ki, erməni-rus münasibətlərində reqres müşahidə edildiyini demək olarmı? Dövlət məmuru cavab verib ki, Rusiya Ermənistandakı yeni vəziyyətə uyğunlaşmalıdır. Amma görünür ki, Paşinyanın hakimiyyətdə olduğu il yarım ərzində Moskva adaptasiya olmaq istəməyib.

Bununla yanaşı baş nazirə tabe olan mətbuat Moskvada erməni vətəndaşlarına qarşı diskriminasiya addımları atılmasını yazır. Məsələ ondadır ki, Rusiya qanunverciliyinə görə, bu ölkədə xarici sürücülük vəsiqələri qəbul edilmir. Onunla Rusiyaya gəlmək olar, amma iş üçün istifadəsi mümkün deyil. Xüsusi ilə ölkəsində iş tapa bilməyib Rusiyada sürücülük edən ermənilərin sayı həddindən çoxdur.

İrəvanda vəziyyət yenə də gərgindir. Bunun üçün də ermənilər bir sual maraqlandırır - Putin sammiti Moskvaya keçirə bilərmi? Xüsusi ilə ona Koçaryanın saxlandığı həbsxanaya gedişi zamanı tam təhlükəsizlik zəmanəti verilmədiyi halda.

Moskva hələlik bu hadisəyə heç cür şərh vermir. Amma İrəvanda bəzi ekspertlər artıq hesab edirlər ki, erməni hakimiyyəti nahaq yerə bu sammitə hazırlaşır. Böyük ehtimal ki, Rusiya onun yerini dəyişəcək.