Prezident AŞPA prezidentini qəbul edib

12 Sentyabr, 2019 14:53 | Siyasət | Baxış sayı: 36
Qəbul
Qəbul

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Lilian Mori Paskenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidentinin Bakıya səfəri ötən gün başlayıb. İkigünlük səfər çərçivəsində AŞPA prezidentinin Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.