Ermənistanda aprel savaşı şousu

12 Sentyabr, 2019 14:01 | Siyasət | Baxış sayı: 151
Ermənistan ordusu aprel döyüşlərində
Ermənistan ordusu aprel döyüşlərində

Beş günlük müharibədə iştirak edənlər dindirilir

Ermənistanda 2016-cı il aprel döyüşləri şousu davam edir. Üç il öncə  baş verənləri araşdırmaq üçün bu ilin mayında qurulmuş parlament komissiyası həmin döyüşlərdə iştirak etmiş əsgər və zabitləri dindirməyə hazırlaşır.

Bu haqda Ermənistanda nəşr olunan “Qraparak” (“Meydan”) qəzeti yazıb. Bildirilir ki, ilk növbədə hərbi əməliyyatlar başlayan gün döyüş mövqelərində olan hərbçilər dindiriləcək. Artıq Müdafiə Nazirliyinin əməliyyat idarəsinin keçmiş rəis müavinləri dindirməyə çağırılıb. İBu cür mühakimə ölkənin baş demokratı hesab olunan, baş nazirin tapşırığı ilə keçirilir. 

Xatırladaq ki, aprel döyüşləri zamanı Azərbaycan ordusunun əks-həmlə edən bölmələri düşmənin uzun illərdir möhkəmləndirilmiş müdafiə xəttini iki istiqamətdə, cənub-şərq və şimal istiqamətlərində yarıb. Ordumuza düşmənin müdafiə xəttini darmadağın etməyə cəmi 40 dəqiqə vaxt lazım olub. Hücuma keçən bölmələr cənub istiqamətində Lələtəpə yüksəkliyini, şimal istiqamətində isə Talış yüksəkliklərini azad edib. Nəticədə minlərlə hektar ərazi düşmən işğalından azad edilib.

Döyüşlərin sonrakı günlərində düşmənin əks-hücum cəhdləri boşa çıxıb, aprelin 5-də tərəflər Rusiya rəhbərliyinin israrları nəticəsndə atəşkəsi bərpa etməyə razı olublar.