Sosial şəbəkə Paşinyanı necə biabır etdi - "Ruslarla təzə barışmışıq"

12 Sentyabr, 2018 12:18 | Siyasət | Baxış sayı: 213
Artur Vanetsyan və Sasun Xaçatryan
Artur Vanetsyan və Sasun Xaçatryan

Putinin iki məmurun səs yazısından xəbərsiz olduğunu demək sadəlövlük olardı

Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığının səs yazısı ölkə ictimaiyyətinin sərt reaksiyasına səbəb olub. İki məmur  Robert Koçaryan, Yuri Xaçaturov və Mikael Arutyunyana qarşı açılmış cinayət işlərinin nüaslarını müzakirə edib. 

Səs yazısında aydın olur ki, Vanetsyan keçmiş prezident Koçaryanın işinə baxan hakimlə baş tutan söhbətindən bəhs edir. O, hakimə keçmiş prezidentin həbsi haqqında qərar verməyi tapşırıb. Daha sonra o, Xaçaturyan barədə söhbətə başlayır: 

“Ara, o, KTMT-nin şefidir. Ruslarla təzə barışmışıq. Tutsaq biabır olarıq”. Lakin bundan sonra əlavə edir - "baş nazir deyir  onu tutmaq lazımdır”.

Səs yazısının real olduğunu artıq baş nazir Paşinyan, elə tərəflərin özləri də təsdiqləyiblər. İşin fiqurantları lazım olarsa istefaya da getməyə hazır olduqlarını deyiblər. 

Telefon danaışığının dinlənməsi qalmaqalı sentyabrın 11-də ortaya çıxıb. Əslində bu danışıq internetdə daha tez yerləşdirilib. Rusiya prezidenti Vladimir Putinlə Paşinyanın görüşünə bir neçə gün qalmış yayılan səs yazısının mövcudluğu barədə dövlət rəhbərliyinə xəbər verilməməsini demək sadəlövlük olardı. Demək Putin öz həmsöhbətinin bu məhkəmə işlərindəki real rolu barədə məlumatlı olub.

Təbii ki, Rusiya- Ermənistan  münasibətlərinin mükəmməl olması barədə danışmaq və heç bir problem olmadığını demək yumşaq desək tamamilə yalandır. Reallıqda hər şey erməni baş nazirin qələmə verməyə çalışdığı kimi rəngarəng deyil. Eskpertlər hətta hesab edirlər ki, Paşinyan danışıqların bütün sferalarında kifayət qədər ciddi güzəştlərə gedib.

Paşinyanı küçə dəstəkləyir. Baş nazir isə istənilən yolla onların dəstəyini saxlamağa çalışır. Heç olmasa növbəti palament seçkisinə kimi. Belə telefon dinləməsindən sonra bunu etmək çox çətin olacaq. 

İlin sonuna Rusiya qazının Ermənistana nəqli barədə əldə edilən razılığın müddəti bişir. Bu gün İrəvan min kub metre qaza görə ən aşağı qiyməti - 150 dollar verir. Bu “Qazprom"un təyin etdiyi ən aşağı qiymətdir. Noyabrda yenidən danışıqlar başlayacaq. Heç kim qiymətin necə olacağını bilmir.

Hələ ortada hərbi texniki əməkdaşlıq məsələsi də var. Rusiya mətbuatı isə get-gedə daha çox iki tərəfli əlaqələrin prinsiplərinə yenidən baxıla biləcəyi barədə məlumatlar yer alır. Ermənistanda bundan çox qorxurlar.

Nəhayət Dağlıq Qarabağ... Rusiyanın nəhayət ki, bu məsələdə düzgün mövqeyi tapa biləcəyi istisna edilmir. Məhz bunun üçün Paşinyan bu gün hər küçədə Moskvaya tərif yağdırır. Çətin ki, Rusiya artıq baş nazirə inana...