İsrailin müdafiə naziri Azərbaycana niyə gəlir? - Məqsəd açıqlandı

12 Sentyabr, 2018 11:20 | Siyasət | Baxış sayı: 495
İsrailin müdafiə naziri Aviqdor Liberman
İsrailin müdafiə naziri Aviqdor Liberman

Liberman bu gün Gürcüstanda olacaq

İsrailin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri sabah baş tutacaq. Bu barədə İstiPress-ə Müdafiə Nazirliyindən məlumat verilib. 

Səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Saat 10:02

İsrailin müdafiə naziri Avidqor Liberman Azərbaycana səfər edəcək. İsrail mətbuatında yer alan məlumata görə, Liberman bu gün Gürcüstana yola düşəcək. Bu israilli nazirin Gürcüstana ilk rəsmi səfəri olacaq.

Daha sonra o Azərbaycana gələcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, A.Libermanın hər iki ölkəyə səfəri zamanı dövlət başçıları, eləcə də yerli həmkarları ilə bir araya gələcək.