İran üzərindən uçan təyyarələrə xəbərdarlıq - Diqqətli olun!

12 Sentyabr, 2018 09:37 | Siyasət | Baxış sayı: 93
Sərnişin təyyarəsi
Sərnişin təyyarəsi

ABŞ İranla münasibətlərinin pisləşməsinin nəzərə alınmasını tövsiyə edib

ABŞ İranın hava məkanından istifadə edən təyyarələrlə bağlı xəbərdarlıq edib. İstiPress-in məlumatına görə, hava yolu şirkətlərinə bölgədəki hərbi hərəkətlilik səbəbi ilə daha diqqətli olmaq tövsiyə edilib. 

ABŞ Federal Havaçılıq İdarəsinin məlumatında buna səbəb kimi Suriyadakı toqquşmalarla bağlı olan fəallıq göstərilib. 

Hava məkanı ilə bağlı təyyarələrə təhlükəsizlik məlumatları ötürən Uçuş Xidmət Bürosu İran hava məkanından istifadə etməyi planlaşdırarkən ABŞ-la bu ölkə arasındakı münasibətlərin gərginləşməsini də nəzərə almağın gərəkdiyini deyib. 

Bundan başqa ABŞ Dövlət Departamenti öz vətəndaşlarına İrana səyahət etməmək barədə də xəbərdarlıq edib.