Parlamentin vitse spikeri internetdə yayaılan telefon söhbətindən danışdı
"Gəlin Paşinyanı monarx elan edək. Onda sakitləşəcək". İstiPress-in məlumatına görə, bunu Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.
"Əgər orta əsrlərdə "dövlət mənəm" deyirdilərsə, ölkənin indiki hakimiyyəti daha da irəli gedib və deyir ki, "dövlət mənimdir". Görünür ki, rəhbərlik əsəbləşən kimi sağa-sola təhdidlər yağdırır, Milli Təhlükəsizlik Xidmətindən kömək istəyir".
Şarmazanov Ermənistanda ədalətli qərarların verilməsi ilə bağlı narahatlığını dilə gətirib - ya yuxarıdan zənglər, ya da siyasi sifarişlər olur. Onun sözlərinə görə, buna sübut kimi ötən gün internetdə yayılan telefon danışığını da göstərmək olar.
"Paşinyan kimi həbs etmək olar, kimi yoxa qərar verməyə nə haqqı var? Gəlin onda monarxiya edək. Onda nə istintaq, nə məhkəmə lazım olacaq. O özü nə vaxt və kimi həbs etmək lazım olduğuna qərar verəcək".
Ermənistanda isə siyasi qalmaqallar artır. İnternetdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığının səs yazısı yayılıb. Onlar 8 dəqiqədən çox etdikləri söhbət zamanı keçmiş prezident Robert Koçaryanın həbs edilməsini, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov və ölkənin keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı açılmış cinayət işlərini müzakirə ediblər.
Telefon danışığında Paşinyanın yalanları, ifşaları, qorxaqlığı ilə bağlı sübutlar da var.
Yeni baş naziri güzəştə çağıran qüvvələr baş qaldırır
"XİN-dən bir şəxs Körfəz ölkəsinin Bakıdakı səfirliklərinə gələrək Türkiyənin onlara tələ qurduğunu deyib"
Tanklar, zirehli döyüş maşınları, artilleriya yoxlanılıb
O, yeni rus silahını Yerin ilk süni peykinin kosmosa buraxılması hadisəsi ilə müqayisə edib
Biri həbsdə, ikisi isə sorğu-sualda