Bələdiyyələrə yeni səlahiyyət verilir

12 Sentyabr, 2018 18:22 | Siyasət | Baxış sayı: 99
Park
Park

“Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirə edilib

Azərbaycanda bələdiyyələrə yeni səlahiyyət verilir.

İstiPress-in məlumatına görə, bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirə edilib.

Qanunun 11-ci (Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları) maddəsinə edilən dəyişikliyə əsasən, fiziki və hüquqi şəxslər bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə məlumatı bələdiyyədən ala biləcəklər.