Zakir Həsənov Holokost qurbanlarını andı

12 Sentyabr, 2017 11:10 | Siyasət | Baxış sayı: 28
İsraildə anım
İsraildə anım

Nazir “Yad Vaşem”də olub

Azərbaycanın Müdafiə naziri “Yad Vaşem” memorial kompleksini ziyarət edib. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, İsrailə rəsmi səfəri çərçivəsində nazirliyinin nümayəndə heyəti İkinci Dünya Müharibəsi illərində nasizmin qurbanı olmuş yəhudi xalqının nümayəndələrinin xatirəsinə ucaldılan “Yad Vaşem” memorial kompleksində olub. 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Holokost qurbanlarının abidəsi önünə əklil qoyub və xatirə kitabını imzalayıb.