Yeni terror xəbərdarlığı

12 Sentyabr, 2017 14:31 | Siyasət | Baxış sayı: 248
Bişkek polisi
Bişkek polisi

Söhbət cənub sərhədlərindən gedir

MDB-nin cənub sərhədlərində terror təhlükəsi güclənir.

Bunu Bişkekdə MDB ölkələri Silahlı Qüvvələrinin Baş qərargah rəisləri komitəsinin iclasında Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini Sergey İstrakov deyib.

O bildirib: “MDB dövlətlərinin təhlükəsizliyinə təhdidlər və müasir çağırışların təhlili onu göstərir ki, terror təhlükəsi qalır, cənub sərhədlərdə isə hətta artmaqdadır”.

Onun sözlərinə görə, tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına yönələn qərarlar qəbul edib.