Moskva metrosunu partladan üç erməni

12 Sentyabr, 2017 10:31 | Siyasət | Baxış sayı: 2470
Terror patrlayışı - ARXİV
Terror patrlayışı - ARXİV

Ermənistan yeni şok içindədir

Rusiyalı tarixçi, qafqazşünas Yuri Kuznetsovun yeni kitabı – “XX  əsrdə transmilli erməni terrorunun tarixi” kitabı Ermənistanda şok yaradıb.

Erməni mətbuatı yazır ki, bu nəşr həm sadə insanlar, həm də alimlər arasında etiraz dalğası yaradıb. Bu da başa düşüləndir. Kimə özü barədə partlayışlar, qətllərlə bağlı ittihamları oxumaq xoşdur? Özü də bunların əksəriyyəti tam doğru olan zaman. 

Yuri Kuznetsov çox vaxt Erməni Apostol Kilsəsinin himayəsi altında gerçəkləşdirilən erməni terroru barədə çox sayda faktlar gətirir. Erməni hüquqşünaslar artıq Rusiya İstintaq Komitəsinin başçısı Aleksandr Basrıkinə müraciət edərək bu kitabı qadağan etməyi xahiş ediblər. Ermənilərin fikrincə, müəllif erməni xalqının tarixini çox sərbəst şəkildə izah edir və tez-tez onları millətçi, teorruçu kimi, heç kimlə dinc yanaşı yaşamaq qabiliyyətində olmayan kimi təqdim edir. Amma bu, gerçəkdən belədir. Məgər Dağlıq Qarabağda baş verənlər terror deyil? Bəs Xocalını necə adlandırmaq olar? Sərnişin avtobuslarının, Bakıda metrostansiyasının partladılması erməni terrorçularının əl işidir. Bəs xaricdə onlar tərəfindən nə qədər diplomat öldürülüb?

Hətta uzaq sovet illərində Moskvada qaz idəraəsinin işçisi adı altında erməni terrorçu qatil fəaliyyət göstərirdi. Belə nümunələr çoxdur. 1977-ci il yanvarın 8-də Moskva metrosunda ilk terror hadisəsini törədənlər də Zatikyan, Stepanyan və Baqdasaryan adlı üç erməni idi. Onlar İrəvanda yaşayıb işləsələr də terror üçün Moskvanı hədəfə almışdılar.  

Mənə elə gəlir ki, Yuri Kuznetsovun yeni kitabı Azərbaycan dilinə tərcümə edilməlidir və onu çoxları oxumalıdır. Yuri Kuznetsov yazır ki, erməni terroru hələ 1915-ci ildən əvvəl, yəni ermənilərin tarixi Van üsyanına qədər meydana çıxıb. Onun ilk qurbanları arasında Rusiyanın vəzifəli şəxsləri, həmçinin Osmanlı imperiyasının rəhbərləri, həm də Cənubi Qafqazın sadə insanları olublar. Yeni kitabın müəlifi göstərir ki, hazırda Rusiyada fəaliyyət göstərən erməni biznesi başdan ayağa cinayətlə bağlıdır. Əslində, bütün dünyaya səpələnmiş erməni icmaları və kilsələri - cinayətkar klanlarıdır.

Buna da sizin diqqətinizi yönəltmək istərdim: Rusiya Erməni Hüquqşünasları Assosiyasının prezidenti hansısa Ruben Kirakosyandan soruşublar ki, bu kitab hansı pullarla yazılıb və bunun arxasında kimlər durur? Əvvəlcə o cavab verib ki, bilmir. Bir xeyli keçəndən sonra əlavə eləyib: “Azərbaycan izi aydın görünür”.

Mais Məmmədov, əməkdar jurnalist