Şimalda dəniz turizmi barədə qayğılar müzakirə edilib

12 Avqust, 2020 16:51 | Siyasət | Baxış sayı: 46

Xaçmaz İH-də koronavirus pandemiyasına həsr olunan növbəti videomüşavirə keçirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayon İH başçısı Elnur Rzayevin hüquq-mühafizə orqanlarının, ayrı-ayrı idarə, müəssisə rəhbərləri, inzibati ərazi nümayəndələrilə keçirdiyi video bağlantıda Prezident İlham Əliyevin pandemiyaya qarşı gördüyü işlərdən irəli gələnvə qarşıda duran vəzifələr geniş təhlil edilib. Bildirilib ki, Xaçmazda Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qoyduğu tələb və qaydalara ciddi əməl edilir. Bununla əlaqədar əhali arasında geniş maarifləndirmə işlərinin aparıldığı diqqətə çatdırılıb.

Elnur Rzayev artıq Xaçmazda da Xəzər dənizi sahilində yerləşən Nabranda və sahilboyu zolaqda çimərliklərin istifadəsinə icazə verildiyini deyib. "Əlaqədar qurumlar koronaviris pandemiyası ilə bağlı çimərliklərdə tələb və qaydalara ciddi əməl edilməsini diqqətdə saxlamalıdır",- deyən İH başçısı bu işə ciddi nəzarət ediləcəyini qeyd edib.

"Dəniz turizmi elə fəaliyyət göstərməlidir ki, indiyə qədər pandemiyaya qarşı görülən işlər heçə enməsin",- deyə Xaçmazın İH başçısı Elnur Rzayev vurğulayıb.