Moskva bir neçə ildir dəhşət içində müşahidə aparır
Rusiya mətbuatı Tovuz Ermənistanın döyüşləri zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək ala bilməməsinin səbələrini araşdırmağa başlayıb.
İstiPress-in məlumatına görə, 2020-ji il 12 iyulda Azərbaycan - Ermənistan sərhədində hərbi münaqişə başlayan Nikol Paşinyan Rusiyanın dəstəyinə ümid edirdi. Ermənistan rəhbərliyinin məqsədi Rusiyanın yardımı ilə Azərbaycanı Qarabağ münaqişənin hərb yolu ilə həll variantından birdəfəlik çəkindirmək idi.
Yəni Paşinyanın niyyətinə görə, Azərbaycan Ermənistanla istənilən münaqişəni Rusiya - Azərbaycan münaqişəsi kimi qəbul etməli idi, dünyanın ikinici supergücü olan Rusiyaya və onun rəhbərlik etdiyi KTMT həorbi blokuna qarşı addımı atmağa risk etməməli idi. Ermənistanın KTMT üzvü olmasını əsas arqument sayan Nikol Paşinyan elə buna görə, münaqişə gedə-gedə bu hərbi blokun rəhbərliyinə müraciət elədi. KTMT-nin Belarusdan olan rəhbəri Stanislav Zas müraciətdən dərhal sonra qurumun saytında məsələnin müzakirə tarixi barədə məlumat yerləşdirsə də, sonradan böyük ehtimalla Rusiya lideri Vladimir Putinin müdaxiləsi ilə həmin məlumatı ləğv etdi. Beləliklə, Ermənistan Azərbaycanla münaqişədə təkbətək qaldı. Artıq Rusiyada hətta Jirinovski kimi bir neo-faşist Qarabağ məsələsində Ermənmstanı dəstəkləməyin Rusiya üçün çox təhlükəli ola biləcəyini vurğulayır. Adətən, Putinin qeyri-rəsmi ağzı sayılan Jirinovski ictimai rəyi Ermənistanla münasibətləri kəsməyə hazırlıyır.
Azərbaycanın hüquqi ərazisində gedən 2016-cı ilin aprel döyüşlərində Ermənmistana ciddi dəstək vermiş, hətta Sibirdən Şuşaya desant tökmüş Rusiya KTMT səviyyəsində hüququ çatan sərhəd münaqişəsində strateji tərəfdaşını niyə tək qoydu? Rusiyanın “Rosbalt” portalı öz araşdırmasında bunu Ermənmistanda getdikcə artan Rusiya düşmənçiliyi ilə əlaqələndirir. Portal müəəyən edib ki, bu düşmənçilik Ermənistanın indiki hakimiyyətinin himayə etdiyi düşərgə tərəfindən körüklənir. Başqa bir portal – “news.ru” isə Ermənistanda artıq yeddi ildir ki, Rusiyanı sevənlərin sayının durmadan azaldığını göstərir. Yeni "Qafqaz barometri" araşdırmasına görə əgər 2013-cü ildə Ermənmstanda Rusiyanı ölkənin əsas dostu sayanlar 83% təşkil edirdisə, hazırda bu rəqəm 57%-g enib. Yəni, bu gedişlə, iki ildən sonra Ermənmistanda Rusiyanı düşmən sayanlar çoxluq təşkil edəəck. Belə olan halda, Moskva nədən potensial düşmənə dəstək verməlidir?..
Yəni bu məsələdə təkcə Paşinyan hakimiyyəti əsas səbəbkar deyil - ermənilər Rusiyadan üz döndərməyə başlayıblar və bu əhval Paşinyan kimi qərbyönümlü bir siyasətçinin Ermənistanda hakimiyyəti ələ keçirməsinə imkan yaradıb. Ermənistan rəhbrliyi də bu əhvalı daha da gücləndirmək istəyir və bu günlərdə - avqustun 5-də Ermənmistan milli tele-radio komissiyasının rəhbəri Tiqran Akopyan Rusiya telekanallarının yayınının dayandırılmasının gərək olduğunu bildirib.
Üçüncü əsas məslə isə, hətta Rusiyanı strateJi dost sayan ermənilərin rus xalqı barədə təhqiramiz düşüncələridir. Məsələn, “Armenianreport”un müəllifi Qalust Qalstyan bu günlərdə yazdığı məqaləsində Rusiya qadınlarını fahişə adlandırıb: “Rusiya həmişə qadın fahişəliyinə göz yumub, buna rusiyalı kişilərin ifrat sərxoşluğu və zəif erkəkliyi ilə haqq qazandırıb”.
Təbii ki, bu, Lev Tolstoy Rusiyasının şərəf ölçüləri ilə götürəndə böyük təhqirdir. Böyük ədibin qəhrəmanı Anna Karenina ərinə xəyanət etdiyi üçün vətəndaşlıqdan məhrum edilmişdi, toplumun təzyiqi ərinə xəyanət etmiş qadını intahara aparmışdı. Rusiya 20-ci əsrdə bolşevizm bataqlığına sürüklənsə də, Qorbaçov yenidənqurmasından sonra Qərb liberalizminin ağuşuna otursa da, onu imperiya və dünyada söz sahibi edən şərəfli keçmişini və rus ailə quruluşunu xatırlayır. Təbii ki, oğul böyüdüb cəbhəyə göndərən ulu analarının əziz xatirəsini təhqir edən erməniləri heç vaxt bağışlamazlar. Bu günkü Rusiyanın qadınları hər kim olsa belə.