Rusiya Xəzərdə böyük liman tikəcək

12 Avqust, 2018 15:24 | Siyasət | Baxış sayı: 291
Vladimir Putin Aktauda keçirilən Xəzər sammitində çıxış edir
Vladimir Putin Aktauda keçirilən Xəzər sammitində çıxış edir

Vladimir Putin Aktauda planlardan danışdı

Rusiya 2025-ci ilə qədər Dağıstanın Kaspiysk şəhəri sahilində yeni dərinsulu yük limanının tikintisini həyata keçirəcək.

İstiPress-in məlumatına görə, bu barədə Aktauda keçirilən Xəzər sammitində prezident Vladimir Putin bildirib.

“Məlumat vermək istərdim ki, Rusiya Xəzər hövzəsində dəniz limanlarının 2030-cu ilə qədərinkişafı strategiyasını qəbul edib. Burada Xəzər dəniz kommunikasiyalarının kompleks modernləşdirilməsi, o cümlədən müvafiq dəmir yol və avtomobil infrastrukturunun yenidən qurulması nəzərdə tutulur”-Putin samit iştirakçılarını məlumatlandırıb.

Rusiya prezidentinin sözlərinə görə, strategiyaya 2025-ci ilə qədər Kaspiysk sahilində dərinsulu limanının tikintisi də daxildir. Liman 15-25 min ton faydalı yük daşıya bilən böyük yük gəmilərini qəbul edə biləcək.

Putin qeyd edib ki, Rusiya tərəfi yük və sərnişin daşımalarının rəqabətədavamlılığını yüksəltməyə, Xəzərdəki liman güclərini qlobal və Avrasiya nəqliyyat-logistika zəncirinə inteqrə etməyə hazırlaşır. Bunun nəticəsində yükdaşımaların həcmi dəfələrlə artmalıdır.

“Biz habelə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsini də dəstəkləyirik, dəmir yolu, bərə, avtomobil nəqliyyatını nəzərdə tutan bu dəhlizi inkişaf etdirmək niyyətindəyik. Bu dəhlizin işə düşməsi yükdaşımaların həcmini 2.5 dəfə artıracaq. Beynəlxalq daşımaların inkişafı, Xəzərdən bərabər şərtlərlə, unitar şərtlərlə tranzitin təmin edilməsi dəniz nəqliyyatı sferasında beştərəfli razılaşmanın işlənib hazırlanmasına imkan verə bilərdi. Beş ölkənin ekspertləri indi belə razılaşmanın layihəsi üzərində daha sıx işləyə bilər”-Rusiya prezidenti bildirib.

13:03

Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayevin dəvəti ilə bu ölkənin Aktau şəhərinə gəlib.

İstiPress RİA “Novosti”yə istinadən xəbər verir ki, səfərdə məqsəd Xəzəryanı ölkələrin V zirvə görüşündə iştirak etməkdir.

Sammitdə həmçinin Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan prezidentləri iştirak edəcək.