"Təhlükəli dəli" - Kim kimdir? FOTOLAR

12 Avqust, 2017 11:00 | Siyasət | Baxış sayı: 555
Kim Çen In
Kim Çen In

Əmilərini itlərə yem edən prezident

Dünyanı müharibə, nüvə silahları ilə hədələyən, heç bir sanksiya, xəbərdarlığa məhəl qoymadan hər kəsə meydan oxuyan Şimali Koreyanın lideri Kim Çen In ABŞ-la yaşanan gərginlikdən sonra mətbuatın ən çox izlədiyi şəxs olub. Dünya mediası Kimin həyatını, fəaliyyətinin, həyatının hər anını araşdırmağa başlayır.  

Kim kimdir? 

Bir yandan zəki, qərarlı, praqmatik kimi özəllikləri ilə seçilən ən gənc lider həm də dünyada "təhlükəli bir dəli" profilinə sahibdir. Öz ölkəsində yaşayanlar isə onu "ən dahi" kimi tanıyırlar. "Eyni zamanda kaprizli, asanlıqla öldürməyə hazır olan adamdır" - 33 yaşlı Kim Çen Inı Cənubi Koreyalı mütəxəssislər belə təqdim edir.

Son zamanlar isə ən azı özü qədər qalmaqallı olan ABŞ prezidenti Donald Trampı əsəbləşdirən, müharibə bəyanatı ilə nəinki amerikalıları, bütün dünyanı qorxu altında saxlayan şəxs kimi gündəmə gəlib. 

Kim, atası Kim Çen İlin üç oğlundan biri olub. Hələ uşaq yaşlarından ona atasının davamçısı kimi baxılıb. Prezidentin 3 həyat yoldaşı və altı uşağı olub. İlin ilk həyat yoldaşından bir oğlu olub. Lakin bir müddət sonra prezidentin gözündən düşən xanım ölənə kimi Moskvada sürgün həyatı yaşayıb. İkinci həyat yoldaşı ona 2 qız dünyaya gətirib. Üçüncü, Yaponiyada doğulan koreyalı müğənni və rəqqas olan həyat yoldaşı isə 3 oğlan anası olub. Onlardan ən kiçiyi də məhz Kim Çen In olub. 

Şəxsi məlumatları olduqca gizli saxlanılır. Doğulduğu il belə dəqiq bəlli deyil. Ehtimala görə, o 1982,83 və ya 84-də dünyaya gəlib. Ad günündə - 8 yanvarda ölkədə rəsmi bayram qeyd edilir və iş günü olmur. 

''Ambition'' adlı saç modelindən anacaq o istifadə edə bilər. 

​8 yaşlı general?

Kim ailəsinin aşbazı olan Kenji Fujimotonun sözlərinə görə, prezident kiçik oğlu Kim Çen Ina demək olar ki, itaət edirdi. O, düşünürdü ki, uşaqda güclü liderlik qabiliyyəti var. 1998-ci ildə ABŞ-a qaçan xala Ko Yong-Suk 8 yaşında Ina general forması hədiyyə edir. Məhz o gündən sonra Şimali Koreyada olan generallar belə uşağa hörmət məqsədilə onun önündə əyilməli - baş əyməli oldular.

Bondun heyranı

Kim Çen In 1996-2000-ci illərdə İsveçrədə təhsil almağa göndərilir. O, bu ölkədə diplomatın oğlu kimi təqdim edilir. Qrup yoldaşlaçrı onu Bond filmlərinin, video oyunlaçrının heyranı, basketbolu sevən gənc kimi tanıyırlar. Universitetdə isə geyindiyi bahalı ayaqqabılar, özəl aşbazı, sürücüsü və müəllimi olması ilə diqqət çəkir.

Qohum qatili 

2011-ci ildə iqtidara gəlir. Bəzi siyasi analizçilər onun hakimiyyətinin uzun çəkməyəcəyini proqnozlaşdırıdılar. Ancaq kim 6 ildir ki, hakimiyyətdədir və gün keçdikcə daha da möhkəmlənir. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, o bir çox qohumlarını hakimiyyətə gəldikdən sonra edam edib. Edam səbəbləri isə fərqlidir - xəyanət, vəzifədən sui istifadə, ürəksiz alqışlama və sairə.

Məsələn, özünün müəllimi hesab etdiyini dediyi yeznəsi Jang Song-teyki bir toplantıda, yüzlərlə insanın önündə həbs etdirib. Onun günahı isə Kimi ürəksiz alqışlaması olub. 

Bəzi iddialara görə, o ölkənin müdafiə nazirini topa qoyaraq atıb. O, əmilərini vətənə xəyanətdə ittiham edərək 3 gün ac qalan 120 itin qəfəsinə atıb. 

Xaricə səfər etməyən prezident 

Beynəlxalq arenada "hər an hər şeyi etməyə hazır" olan prezident kimi tanınan Kimin həyatı ilə bağlı bəzi məqamlar hələ də sirr kimi qorunur. Məsələn, iqtidara gəldikdən sonra bir dəfə də olsun xarici ölkəyə səfər etməyib. Heç bir prezidenti ölkəsində qarşılamayıb. Koreyalılardan başqa bir neçə əcnəbi onu yaxından görüb. Onlardan biri özünün azarkeşlik etdiyi keçmiş amerikalı basketbolçu Dennis Rodmandır. Bu siyahıda yaponiyalı suşi ustası, Kuba və Çinin prezident köməkçiləri var. 

2012-ci ildə moda ikonası, keçmiş müğənni Ri Sol-ju ilə evləndiyini elan edib. Dennis Rodman Şimali Koreyaya səfəri zamanı Kim ilə Rinin qızlarını qucağına almasına icazə verildiyini qeyd edib. Bu açıqlama ilə dünya prezidentin qızının olduğunu da öyrənib. İddialara görə, Kimin ötən il ikinci uşağı dünyaya gəlib. Amma hələlik bu körpəni nə görən, nə də tanıyan var.