Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib - FOTO

12 Avqust, 2017 18:53 | Siyasət | Baxış sayı: 107
Rusiya hərbi gəmiləri
Rusiya hərbi gəmiləri

“Dəniz kuboku-2017” başa çatdı

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının gəmiləri Bakı limanını tərk edib.

İstiPress-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Qrad Sviyajsk” kiçik raket və “SB-45” xilasetmə yedək gəmiləri Azərbaycanda keçirilən “Dəniz kuboku-2017” adlı beynəlxalq yarışlarda iştirak edib.