İlham Əliyev başsağlığı verdi

12 Avqust, 2017 12:17 | Siyasət | Baxış sayı: 156
 İlham Əliyev sərəncam imzalayıb
İlham Əliyev sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev Misirdə baş verən və 49 nəfərin ölümü ilə nəticələnən qatar qəzası ilə bağlı həmkarına başsağlığı verib. Onun Misir prezidenti Əbdülfəttah əs-Sisiyə ünvanladığı başsağlığında deyilir: 

"Hörmətli cənab Prezident,

İsgəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını diləyirəm.

Allah rəhmət eləsin!".