Bu il Azərbaycanda 424 kriminal qrup zərərsizləşdirilib

12 İyul, 2019 17:35 | Siyasət | Baxış sayı: 50
Azərbaycanda polis əməliyyatı - ARXİV
Azərbaycanda polis əməliyyatı - ARXİV

810 kiloqram narkotik və 74 tona yaxın narkotik xassəli bitki məhv edilib

Bu ilin 6 ayında mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilənəməliyyat-axtarış tədbirləri ilə 424 kriminal qrup zərərsizləşdirilib.

İstiPress-in məlumatına görə, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində 2019-cu ilin 6 ayında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında deyib.

Nazir bildirib ki, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 65 nəfər cinayət məsuliyyətinə cəlb edilib, qeyri-leqal dövriyyədən bütövlükdə 810 kiloqram narkotik vasitə çıxarılıb və 74 tona yaxın narkotik xassəli bitkinin aşkarlanaraq məhv edilib.