Prezident NATO-nun qəbulunda FOTO

12 İyul, 2018 08:30 | Siyasət | Baxış sayı: 60
NATO-nun müttəfiq ölkələri üçün qəbul
NATO-nun müttəfiq ölkələri üçün qəbul

Qəbul alyansın müttəfiq və tərəfdaş ölkələrinin dövlət,hökumət başçıları üçün keçirilib

Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbul təşkil edilib. Qəbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak edib.

Qəbuldan əvvəl birgə foto çəkdirilib.

Xatırladaq ki, Brüsseldə səfərdə olan İ.Əliyev ötən gün Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb. Görüşdən sonra “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimi olub.

Daha sonra dövlət başçısı əfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qani ilə bir araya gəlib. Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanın Əfqanıstanda sülhün bərqərar edilməsi istiqamətində xüsusi rolu qeyd edilib.

Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Brüsseldə qəbul
Brüsseldə qəbul