Bakıda qadını intim şəkilləri ilə şantaj edən şəxs yaxalandı

12 İyul, 2018 16:40 | Siyasət | Baxış sayı: 107

Bakıda qadını şantaj edən şəxs tutulub.

İstiPress-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir qadını şəkillərini internetdə yayacağı ilə hədələyib 70 min dollar pul tələb edən Bakı şəhər sakini Osman İsgəndərov saxlanılıb.

Araşdırma aparılır.