Azərbaycan jurnalistikasının əfsanəsi 80 yaşında

12 İyul, 2018 08:50 | Siyasət | Baxış sayı: 124
Mais Məmmədov
Mais Məmmədov

Bu gün "Əməkdar jurnalist"in ad günüdür

Bu gün Azərbaycan jurnalistikasının ən qocaman simalarından biri, Əməkdar jurnalist Mais Məmmədovun ad günüdür. Peşəkar jurnalist, canlı əfsanə Mais Məmmədovun 80 yaşı bitir. 

M.Məmmədov 1938-ci ildə Bakıda anadan olub. Vaxtı ilə Rusiyanın ən nüfuzlu telekanallarında, "Vremya" proqramında çalışan Mais Məmmədov 1998-ci ildən son günə qədər ANS Müstəqil Yayım və Media şirkətində rəhbər vəzifələrdə işləyib. 

Çox adam onu SSRİ Mərkəzi televiziyasının Azərbaycan üzrə müxbiri kimi xatırlayırıq. O, öz yüksək peşəkarlığı və ustalığı sayəsində uzun illər bu məsul vəzifədə çalışıb. 

Keçmiş Sovet İttifaqında respublikamızın ovaxtkı sosial-iqtisadi və mədəni həyatı, onun uğurları və qayğıları barədə məhz Mais Məmmədovun reportajları sayəsində xəbər tuturdular. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlananda Mais Məmmədov Azərbaycanın ətrafında yaradılmış informasiya blokadasını aradan qaldıranların birincilərindən olub. O, həyatı üçün yaranmış təhlükəyə, İttifaq mərkəzinin göstərdiyi təzyiqlərə baxmayaraq birbaşa ön cəbhədən dolğun və qərəzsiz reportajlar hazırlayır, ermənilərin yalançı təbliğatını ifşa edirdi. O, dəfələrlə ölümlə üz-üzə gəlsə də, heç vaxt geri çəkilməyib.

Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə, prezident İlham Əliyevin sərəncamı ilə Mais İsmayıl oğlu Məmmədov “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adı ilə təltif edilib. 

Sizi ürəkdən təbrik edirik, çox yaşayın Mais müəllim!