Qəbələdə 3 nazirin görüşü başladı YENİLƏNİB, FOTO

12 İyun, 2019 13:38 | Siyasət | Baxış sayı: 168
Nazirlər Qəbələdə
Nazirlər Qəbələdə

Hulusi Akar, Zakir Həsənov və Levan İzoriya Heydər Əliyevin abidəsi, şəhidlərin məzarını ziyarət ediblər

Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli formatda görüş başlayıb.

Görüşdən əvvəl Müdafiə nazirləri Qəbələ şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini, eləcə də Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək önlərinə gül dəstələri qoyub, xatirələrini hörmət və ehtiramla yad ediblər.

Saat 08:20

Bu gün Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.

Hər üç ölkənin müdafiə nazirləri artıq Qəbələ şəhərindədir.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Saat 18:41

İyunun 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəliblər.

İstiPress-ə bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, iyunun 12-də Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.