Prezident qonaqları qəbul etdi

12 İyun, 2019 14:14 | Siyasət | Baxış sayı: 19
Niderland Krallığı Senatının sabiq sədri ilə görüş
Niderland Krallığı Senatının sabiq sədri ilə görüş

İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədri və Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin inkişafından məmnunluq bildirildi, Rene Van der Lindenin əməkdaşlığımızın genişləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirildi.

Söhbət zamanı Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində Niderland şirkətlərinin iştirakının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, gələcək əməkdaşlıq məsələlərindən danışıldı.

Bu gün dövlət başçısı həmçinin Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı da qəbul edib.