Tarixi görüş bitdi - yeni dövr başlayır YENİLƏNİB, FOTOLAR

12 İyun, 2018 10:10 | Siyasət | Baxış sayı: 339
Kim Çen In və Donald Tramp
Kim Çen In və Donald Tramp

Tramp və Kim sənədlər də imzalayıblar

ABŞ və KXDR prezidentləri Sinqapurda keçirilən zirvə toplantısından sonra yekun sənəd imzalayıblar.

İmza mərasimindən öncə Şimali Koreya liderinin ətrafındakı işçilərindən biri ağ əlcəklə In üçün nəzərədə tutulan qələmi silib. 

Kim Çen In imzalanma mərasimini tarixi adlandırıb. Onun sözlərinə görə, bu yeni başlanğıcdan xəbər verir. "Biz böyük dəyişikliklər görəcəyik".

Tramp da sammitin nəticələri ilə fəxr etdiyini bildirib. "Biz çox vacib yığma sənəd imzaladıq".

Saat 08:50

İki ölkənin nümayaəndə heyətləri arasında birgə işçi nahar başa çatıb. Tramp və Kim çen bundan sonra görüşün keçirildiyi otel yaxınlığında gəzintiyə çıxıblar. 

Onları heç bir tərcüməçi və ya nümayəndə heyəti üzvləri müşayiət etmir. 

Görüşdən sonra ABŞ prezidenti jurnalistlərə açıqlamasında sənədlər imzalanacağını deyib. "Elə indi imzalamağa gedirik". Lakin dövlət başçısı hansı sənəddən söhbət getdiyini aydınlaşdırmayıb.

Onun sözlərinə görə, görüş zamanı böyük proqres  ələd edilib və bu gözləniləndən də yaxşı nəticə deməkdir. 

Qeyd edək ki, Sinqapurda KXDR lideri Kim Çen In ilə ABŞ Prezidenti Donald Tramp arasında təkbətək görüşdən sonra geniş tərkibdə danışıqlar başlayıb. Müzakirələrdə hər iki ölkə üçün aktual olan məsələlər – Birləşmiş Ştatlarla Şimali Koreya arasında yeni münasibətlərin qurulması, Koreya yarımadasında daimi sülhün əldə edilməsi, yarımadanın nüvə silahsızlaşdırılması prosesinin reallaşması diqqət mərkəzindədir.

Saat 08:18

Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasındakı tarixi görüş başa çatıb. İstiPress-in məlumatına görə, əvvəlcə liderlər təkbətək görüşüblər.
Görüş kurort zonası olan Sentosa adasındakı "Kapella" otelində olub. İlk olara Kim Çen In öz avtomobilindən düşüb. Üzü gülməyən liderin əynində ənənəvi qara frenc olub. Tramp isə görüşə qırmızı qalustuk və mavi kostyumda gəlib. 

İlk olaraq prezidentlər gülümsəyərək bir-birinin əlini sıxıblar. "Bu mənim üçün şərəfdir. Nizim əla münasibətlərimiz olacaq. Mənim bundan şübhəm yoxdur", deyə tramp bildirib.

Kim çen In da öz növbəsində Pxenyan və Vaşinqtonun münasibətlərindəki problemləri həll edə biləcəklərinə ümid etdiyini deyib. "Biz bütün sədləri aşaraq bura gəlmişik. Baxmayaraq ki, keçmiş bizim ayaqlarımızı bağlamışdı, görməyə və dinləməyə mane olurdu".

Görüş 50 dəqiqəyə yaxın davam edib. 

Daha sonra Donald Tramp və Kim Çen In arasında geniş formatda görüş başlayıb. İki ölkə lideri Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və sülhün təmin edilməsi, Amerika-Şimali Koreya münasibətlərinin normallaşdırılması məsələlərini müzakirə etmək niyyətindədirlər.