Siyavuş Novruzovdan yeni qalmaqallı açıqlama

12 İyun, 2018 17:56 | Siyasət | Baxış sayı: 494
Siyavuş Novruzov- Milli Məclisin deputatı
Siyavuş Novruzov- Milli Məclisin deputatı

"Qaçaq Koroğluya parkın ortasında heykəl qoyuruq..."

YAP-çı deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında Məmmədhüseyn Şəhriyar və Şah İsmayıl Xətainin adının ölkədə layiqincə əbədiləşdirilməməsindən narazılıq edib.

İstiPress-in məlumatına görə,  S. Novruzov bildirib ki, Şəhriyarın adına Azərbaycanda bir qəsəbənin belə olmaması düzgün deyil:

“Halbuki o, Azərbaycanın ən böyük şairlərindəndir. Bundan başqa, Azərbaycan dövlətinin banisi, 1 milyon kvadrat kilometrdən çox ərazidə dövlət qurmuş Şah İsmayıl Xətaiyə elə yerdə heykəl qoymuşuq ki, orda şəkil çəkdirmək istəyən turist mütləq avtoqəzaya düşəcək. Belə olmaz. Qaçaq Koroğluya parkın ortasında heykəl qoyuruq, amma Şah İsmayılın heykəli yolun ortasındadır”.