Rusiyadakı Azərbaycanlılar yenə birləşir

12 İyun, 2018 13:50 | Siyasət | Baxış sayı: 81
ÜAK
ÜAK

Yeni diaspor təşkilatı yarana bilər

Rusiyadakı azərbaycanlılar yeni diaspor təşkilatı yaratmağa hazırlaşırlar. Ancaq Moskvada yarım milyona yaxın azərbaycanlı yaşayır. Onların çoxu bu ölkənin siyasi, mədəni, iqtisadi həyatında fəal rol oynayır.

2001-ci ildə iki ölkə prezidenti Heydər Əliyev və Vladimir Putinin təşəbbüsü ilə yaradılan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yaradılıb. ÜAK Rusiyada yaşayan azərbaycanlıları birləşdirən qurum idi. Lakin təşkilatın fəaliyyəti ötən il qeyri-müəyyən səbəblərə görə dayandırıldı.

ÜAK-ın keçmiş rəhbəri Fazil Qurbanovun sözlərinə görə, 2018-ci ilin payızında yeni təşkilatın yaradılması planlaşdırılır - Azərbaycanlılar Konqresi. Onun ancaq adı deyil, rəhbərliyi də yenilənəcək. Ziyalılar Rusiyadakı bütün diaspor təşkilatlarının birləşməsi üçün səylərini əsirgəməyəcəklər. 

Qeyd edək ki, Fazil Qurbanovun ideyası 70 Azərbaycan icması tərəfindən dəstəklənir. 

Fazil Qurbanov
Fazil Qurbanov