Prezident Türkiyədə FOTOLAR

12 İyun, 2018 13:53 | Siyasət | Baxış sayı: 97
Prezident səfərə başladı
Prezident səfərə başladı

Bu gün TANAP-ın açılışı olacaq

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb. Dövlət başçısı bu günə planlaşdırılan TANAP layihəsinin açılış mərasimində iştirak edəcək. 

Əskişəhər şəhərinin Hasan Polatkan hava limanında dövlət başçısını Türkiyənin meşə və su məsələləri naziri Veysəl Əroğlu və digər rəsmi şəxslər qarşılayıblar.

Xatırladaq ki, İlham Əliyev iyunun 14-də Rusiyaya səfər edəcəkj. O, Moskvada keçiriləcək Dünya Çempionatının açılış mərasiminə qatılmalıdır.