Paşinyan fikrini dəyişdi, Rusiya ilə əlaqələri möhkəmləndirmək istəyir

12 İyun, 2018 12:28 | Siyasət | Baxış sayı: 98
Nikol Paşinyan Qarabağda
Nikol Paşinyan Qarabağda

"Ermənistanla Rusiya münasibətlərində yeni mərhələ başlayıb". Bunu Rusiyanın səfiri Sergey Kopırkinlə görüşündə baş nazir Nikol Paşinyan deyib. 

Onun sözlərinə görə, İrəvan Moskva ilə bütün sahələrdə qarşılıqlı əlaqələrin genişlənməsində maraqlıdır. O, xüsusi ilə mövcud problemlərin həlli, inteqrasiya prosesinin effektivliyi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqı çərcivəsində əməkdaşlığın önəmli olduğunu qeyd edib.

Xatırladaq ki, Paşinyan qərbmeyilli siyasətçi hesab edilir. Baş nazir seçilməmişdən də öncə Rusiya əleyhinə səsləndirdiyi tənqidlər ilə məşhur idi.

Lakin ölkədə uzun müddət davam edən mitinqlərdən sonra hakimiyyətə gələn Nikol Paşinyan ilk olaraq Rusiya prezidenti Vladimir Putinlə görüşüb. İyun 14-də isə o yenidən Rusiyaya səfər edəcək.