Ermənistanın Rusiyadan gizlətdiyi təhlükəli silah

12 İyun, 2018 20:08 | Siyasət | Baxış sayı: 973
Rusiyanın bioloji hücumdan müdafiə qoşunları
Rusiyanın bioloji hücumdan müdafiə qoşunları

Moskva İrəvanın böyük xəyanətindən qorxur

Moskva Ermənistan ərazisində Amreka referens-laboratoriyalarının yerləşdirilməsinin  əleyhinədir.

İstiPress-in məlumatına görə, “Kommersant” qəzetinin yazır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 11-də Almatı şəhərində keçirilən KTMT xarici işlər nazirlərinin görüşündə bu barədə məsələ qaldırıb.

"Bizim xüsusi xidmət orqanları və alimlərimiz bu laboratoriyaların peyda olması ilə bağlı gərginlik içindədirlər. İstisna edilmir ki, nə vaxtsa həmin laboratoiyalar bizə qarşı istifadə ediləcək",- deyə Rusiya diplomatı qəzetə bildirib.

Lavrov açıq danışmasa da, həmin laboratoriyalar bioloji silah tədqiqatları ilə bağlıdır. Sirr deyil ki, sovet dövründə Ermənistanda güclü bioloji hücum laboratoriyaları yaradılmışdı və bir sıra sovet bioloji silahları bu respublikadakı laboratoriyalarda da layihələşdirilirdi.

Sergey Lavrov Almatı görüşündə
Sergey Lavrov Almatı görüşündə

Rusiyanın əsas qorxusu Ermənistanın həmin silahların texnologiyasını ABŞ-a verməsi ilə bağlıdır. Ermənistan səhiyyə nazirliyinin əməkdaşı Lilit Avetisyan hələ iki il qabaq bildirmişdi ki, laboratoriyada Sibir yarası kimi təhlükəli bioloji silahların tədqiqatı aparılacaq.